EN

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 19-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bizim.Media

Chosen
74
9
bizim.media

10Sources