EN

Qlobal iqlim dəyişikliyinə baxmayaraq, ölkəmizdə yaşıllıqlar artıb, su ehtiyatları çoxalıb EKOLOQ 

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İki gün intensiv yağan yağış üçün üzüntü hissi keçirmək əvəzinə, həmin yağış sularının gətirdiyi faydalara görə sevinmək lazımdır"

Son zamanlar dünyanın bir çox ölkələrində yağıntıların miqdarı normadan artıq yağmağa başlayıb. İntensiv yağan yağışlar bəzi ölkələrdə insan tələfatına səbəb olub. Hindistanda güclü yağışlar 27 nəfərin həyatına son qoyub. Türkiyənin Kayseri şəhərində isə axşam saatlarından başlayan leysan bir sıra fəsadlara yol açıb. Moskvada ikigünlük şiddətli yağışlar şəhərin ayrı-ayrı rayonlarını su altında qoyub. İqlim dəyişikliyi Azərbaycana da təsirsiz ötüşməyib. Millət ard-arda yaranan isti havalara yenicə adaptasiya olmuşkən, mayın 16-17-də intensiv yağışlarla qarşılaşdı. Yeraltı keçidlərdə su yığıntıları formalaşıb. Kanalizasiya xətlərinin daşmasından sonra yol qovşaqları gölməçəyə çevrilib. Yay fəslində olsaq da, mayın 18-də Şahdağa qar yağıb. Artıq iqlim dəyişikliyi ucbatından hansı fəsildə olduğumuzu da unutmağa başlayırıq. 

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Sherg.az-a bildirib ki, qlobal iqlim dəyişikliyi XX əsrin ortalarından etibarən hiss olunmağa başlayıb:

“Baiskar isə dünyanın hegemon dövlətləridir. Nüvə silahlarının tətbiqi və sınaqları, atmosferdə metan qazının artması, kömürdən intensiv istifadə, bəzi bölgələrdə yağıntıların azalıb və artmasına səbəb olur. Azərbaycan mülayim subtropik iqlim qurşağında yerləşdiyinə görə hal-hazırda, yay fəsilinə doğru irəliləyir. Yaxın vaxtlarda yağıntılar kəsiləcək. Bu zaman dəhşətli istilərdən danışacağıq. Son illər iqlim dəyişiklikləri üzrə aparılan piar kompaniyaları mətbuatla, cəmiyyəti çaşdırıb. Azərbaycanda iqlim tipinə görə 5-10 il ərzində may ayında yağıntılar bəzən bol olur, bəzən isə temperatur göstəriciləri daha yüksək müşahidə edilir”. 

Ekoloqun sözlərinə görə, qlobal iqlim dəyişikliyinə baxmayaraq, ölkəmizdə yaşıllıqlar artıb, su ehtiyatları çoxalıb: 

“İki gün intensiv yağan yağış üçün üzüntü hissi keçirmək əvəzinə, həmin yağış sularının gətirdiyi faydalara görə sevinmək lazımdır. İqlim dəyişikliyini sürətləndirən başlıca amillər var. Bunlar arasında fosil yanacaqların (kömür, neft, qaz) intensiv istifadəsi, plastik istehsalının artması, insan tələbatı nəticəsində meşələrin qırılması və iri miqyaslı meşə yanğınları yer alır”. 

Q.İbrahimli qeyd edib ki, bir zamanlar COP-lara bayağı baxanlar hazırki vəziyyəti gördükdə, vacibliyini dərk etməyə başlayıblar:

“2024-cü ildə Bakıda daha sonra Braziliyada təşkil olunan COP-lar maarifləndirməyə, eləcə də iri sənaye və hərbi dövlətlərin iqlim dəyişikliyi məsələsinə cəlb olunmasına xidmət edir. COP31 isə bu ilin noyabr ayında İstanbulda keçiriləcək. Layihə çərçivəsində, nanotexnologiyaların inkişaf etməkdə olan ölkələrə verilməsi başlıca istiqamətlərdən biridir. Bir sözlə, bu təşəbbüs “qlobal əməkdaşlıq” kampaniyasıdır”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
sherg.az

1Sources