2026-cı ilin ilk 4 ayında Azərbaycandan 40 min 737 ton alma ixrac olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 38 min 798 ton idi. Alma ixracının həcmi illik müqayisədə 1 min 939 ton və ya 5% artıb.
Bu barədə Marja.az Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.
Dəyər ifadəsində artım daha yüksək olub. 2026-cı ilin yanvar-aprel aylarında alma ixracının statistik dəyəri 32 milyon 566 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 26 milyon 577 min dollar idi.
Beləliklə, alma ixracından gəlir 5 milyon 989 min dollar və ya 22,5% artıb.