EN

İran Hörmüz boğazı ilə bağlı yeni qurum yaratdı

İran Hörmüz boğazının idarə olunması ilə məşğul olacaq xüsusi bir qurumun yaradıldığını elan edib.

“Cebheinfo.az”-ın məlumatına görə, adıçəkilən orqan Fars Körfəzi Hörmüz Boğazı İdarəsi adlanacaq. 

“Fars Körfəzi Hörmüz Boğazı İdarəsinin rəsmi “X” hesabı artıq yayımlanıb. Hörmüz boğazındakı əməliyyatlar və ən son inkişaflar barədə real vaxt rejimində yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin” - deyə yayılan rəsmi məlumatda qeyd edilir.

Tehran bundan əvvəl yaydığı bəyanatda yaxın gələcəkdə Fars körfəzinin cənubundakı bütün ABŞ hərbi bazalarını ləğv edəcəyini bildirmişdi. 

Chosen
14
cebheinfo.az

1Sources