EN

Kreml: Putin və Trampın Çinə səfərləri arasında heç bir əlaqə yoxdur

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixləri fevral ayında razılaşdırılıb və Donald Trampın səfəri ilə heç bir şəkildə əlaqəli deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, Vladimir Putin və Çin lideri Si Cinpinin bu il daha üç dəfə görüşəcəklərini söyləyib.

Qeyd edib ki, liderlər Bişkekdə keçiriləcək ŞƏT sammitində, Yeni Dehlidə keçiriləcək BRICS sammitində və Şençjendə keçiriləcək APEC sammitində görüşəcəklər.

Uşakov bildirib ki, Putin 19 may axşamı Pekinə səfər edəcək və onu Çinin xarici işlər naziri Van İ qarşılayacaq.

Kremlin rəsmisi vurğulayıb ki, Putin 12-13 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək BRICS sammitində iştirak edəcək.

Chosen
43
4
apa.az

5Sources