EN

Karvaxal “Real Madrid”dən gedir


Müdafiəçi Dani Karvaxal mövsümün sonunda İspaniyanın “Real Madrid” klubundan ayrılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Real Madrid” mövsümün son oyununu şənbə günü keçirəcək.
Komanda İspaniya liqasının son turunda evdə “Atletik Bilbao” ilə oynayacaq. Oyun günü “Real Madrid” Karvaxalın şərəfinə xüsusi mərasim keçirəcək.
“Real Madrid” və kapitanımız Dani Karvaxal cari mövsümün sonunda klubumuzla karyerasına son qoymaq barədə razılığa gəliblər. Klubumuzun və dünya futbolunun ən böyük əfsanələrindən birinə minnətdarlığımızı və sevgimizi bildirmək istəyirik. “Real Madrid” ona və ailəsinə həyatının bu yeni mərhələsində ən xoş arzularını çatdırır”, - klubun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, 34 yaşlı Karvaxal “Real Madrid”in gənclər sisteminin yetirməsidir. O, klubda müxtəlif yarışlarda 450 oyun keçirib, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. O, klubla 27 titul qazanıb və bütün dövrlərin qalibləri arasında ikinci yerdədir. O, beş UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu, dörd İspaniya Liqası və İspaniya Super Kubokunu, iki İspaniya Kubokunu və bir Qitələrarası Kuboku qazanıb. Karvaxal Çempionlar Liqasını rekord sayda - altı dəfə qazanıb.
Ümumilikdə, Karvaxal 13 il “Real Madrid”də oynayıb. O, 2012/13 mövsümünü icarə əsasında “Bayer Leverkuzen”də keçirib.
Chosen
19
yeniavaz.com

1Sources