Baş nazirlə mübahisəyə girən Qarabağ təxribatçısı bu təxribatı əvvəlcədən planlaşdırmışdı.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib. O, bildirir ki, Qarabağ klanı təxribatları qızışdırmaq və Baş naziri bu təxribatlara cəlb etmək üçün bütün əlaltılarını səfərbər etdi:
"Ermənistan xalqı, eləcə də Qarabağlı qardaşlarımız Qarabağ klanını rədd edib və rədd etməyə davam edəcəklər. Ermənistan Qarabağ klanının mülkiyyəti deyil və heç vaxt olmayacaq" - Çaxoyan qeyd edib.