EN

Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri... Prezident

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan vahid Çin siyasətini dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 18-də Çinin Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub.

Dövlət başçısı bu xüsusda vurğuladı ki, Azərbaycan "vahid Çin" siyasətini daim dəstəkləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
15
axar.az

10Sources