EN

Azərbaycan bayrağını komitə sədrinə verən şəhid qızı imiş – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində rəsmi bayraq qaldırma mərasimi təşkil olunub. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqları ucaldılıb.

Musavat.com xəbər verir ki, təntənəli mərasimdə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri Camal İsmayılovun övladı Əsnad İsmayılzadə və şəhid polkovnik-leytenant Anar Əliyevin oğlu Əli Əlizadə də iştirak ediblər.

Camal İsmayılovun xanımı Fatimə İsmayılova Musavat.com-a açıqlamasında bildirib ki, Əsnad müxtəlif tədbirlərdə fəal iştirak edir:

“Qızım tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Buna görə də onu mütəmadi olaraq müxtəlif tədbirlərə dəvət edirlər. Əsnadın Azərbaycan Respublikasının Dövlət Bayrağını daşıması bizim üçün qürurverici anlardan biri oldu. Onun Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə bayrağı təqdim etməsi tədbirə xüsusi mənəvi dəyər qatdı. Bu qürur dolu anın bir parçası olmaq bizim üçün unudulmazdır”.

Qeyd edək ki, bayraq qaldırma mərasimi WUF13 sessiyasının rəsmi başlanğıcını simvolizə edir və forumun yüksək beynəlxalq əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.

əsnad.jpg

ikisii.jpg

 

Əsnad

Şahanə Rəhimli
Musavat.com

Chosen
20
musavat.com

1Sources