EN

Azərbaycan dili fənni üzrə mayın 3-də keçirilən test imtahanının nəticələri açıqlanıb

DövlÉ™t İmtahan MÉ™rkÉ™zindÉ™n (DİM) "ÖlkÉ™ Az" verilÉ™n mÉ™lumata görÉ™, nÉ™ticÉ™lÉ™ri DİM-in internet sÉ™hifÉ™sindÉ™ yerləşdirilib.

Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 29 182 nəfərdən 477 nəfər imtahana gəlməyib.

Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan "qeyri-məqbul" alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar iyunun 21-də keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 25 may - 2 iyunda aparılacaq.

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (3 may və ya 21 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

İmtahan nÉ™ticÉ™lÉ™ri ilÉ™ baÄŸlı müraciÉ™tlÉ™rÉ™ baxılması üçün DİM-dÉ™ Apellyasiya Komissiyası fÉ™aliyyÉ™t göstÉ™rÉ™cÉ™k. Apellyasiya Komissiyasına müraciÉ™t etmÉ™k istÉ™yÉ™nlÉ™r 19 may saat 10:00-dan 21 may saat 17:00-dÉ™k DİM-in saytında yerləşdirilÉ™cÉ™k elektron É™rizÉ™ni doldurmaqla qeydiyyatdan keçə bilÉ™rlÉ™r. GöstÉ™rilÉ™n müddÉ™t É™rzindÉ™ qeydiyyatdan keçmÉ™yÉ™nlÉ™r sonradan Apellyasiya Komissiyasına müraciÉ™t edÉ™ bilmÉ™yÉ™cÉ™klÉ™r. Elektron É™rizÉ™dÉ™ haqqında müraciÉ™t edilÉ™n tapşırığın nömrÉ™si seçilmÉ™li, onunla baÄŸlı müraciÉ™tin mÉ™zmunu yazılmalı vÉ™ meyarın hansı bÉ™ndinÉ™ uyÄŸun hesab edildiyi göstÉ™rilmÉ™lidir. Elektron É™rizÉ™dÉ™ müraciÉ™tin mÉ™zmunu qeyd olunmadığı halda É™rizÉ™ qÉ™bul edilmir vÉ™ hÉ™min müraciÉ™t araÅŸdırılmır.

Chosen
47
19
olke.az

10Sources