EN

Siyasi zəlzələ: Sançes məğlub oldu

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyanın Andalusiya bölgəsində keçirilən seçkilərdə Baş nazir Pedro Sançesin partiyası tarixi məğlubiyyət yaşayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Mühafizəkar Xalq Partiyası (PP) seçkiləri birinci sırada başa vursa da, parlament çoxluğunu itirib. Bölgədə hökumətin qurulması üçün ifrat sağçı Vox Partiyasının koalisiya ortağı olacağı demək olar ki, dəqiqləşib. 

İspaniyanın ən sıx əhalili bölgəsi olan Andalusiyada keçirilən seçkilər Baş nazir Pedro Sançes üçün tarixi məğlubiyyətlə nəticələnib. Sosialist Partiyası bölgədə ilk seçkilərin keçirildiyi 1982-ci ildən bəri ən pis nəticəsini əldə edib. Səsvermə 2027-ci ilin avqustunda keçirilməsi gözlənilən ümumi seçkilər öncəsi ən böyük siyasi sınaq kimi qiymətləndirilirdi. 

Nəticələr ölkənin iki əsas siyasi partiyası üçün məyusedici olub. Bunun əvəzində sağ və sol cinahdakı yüksələn siyasi hərəkatlar ciddi uğur qazanıb. İfrat sağçı populist Vox Partiyası isə hökumət koalisiyasına daxil olmaq imkanı əldə edərək Sançes hökumətində həlledici mövqeyə yüksəlib. 

Mühafizəkar Xalq Partiyası (PP) seçkiləri birinci sırada tamamlayıb, lakin parlamentdə çoxluğunu itirib. Bölgə rəhbəri Xuan Manuel Moreno nəticələri dəyərləndirərkən istədikləri nəticəni ala bilmədiklərini bildirib. Moreno açıqlamasında deyib: “Hədəflədiyimiz ən yüksək uğura çata bilmədik. Amma yenə də çox yaxşı nəticə əldə etdiyimizi düşünürəm. Hökuməti qurmaq məsuliyyəti artıq bizim üzərimizə düşür”. 

PP hökumət qurmaq üçün artıq miqrant əleyhinə mövqeyi ilə tanınan Vox Partiyasının dəstəyinə ehtiyac duyur. Partiyanın təmsilçisi Manuel Qavira isə bildirib: 

“Seçicilər nə istədiyini çox açıq şəkildə göstərdi. Onların istədiyi milli prioritet siyasətidir”. Vox bu siyasətlə ispaniyalılara dövlət mənzilləri və sosial yardımlarda üstünlük verilməsini tələb edir. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
9
cebheinfo.az

10Sources