EN

AYNA: WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb

Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qonaqların və tədbir iştirakçılarının “Neoplan” markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir.

Bu barədə Bakıvaxtı.az-a AYNA-dan məlumat verilib.

    Məlumata görə, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir.

    WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.

    Ümumilikdə tədbirlə bağlı daşımalar başlayandan (12-17 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 2 909 səfər yerinə yetirilib və 23 671 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.

    Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb olunub.

    Chosen
    3
    19
    bakivaxti.az

    10Sources