“Bugünkü konfransın Xəzərin incisi olan gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının prezidenti zati-aliləri İlham Əliyevə təşəkkür edirəm”.
Oxu.Az xəbər verir kiu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rə, bsmi açılış mərasimində deyib.
“Sizin rəhbərliyiniz altında Azərbaycan, xüsusi ilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış yerləri və müasir infrastruktur obyektləri inşa edilib”, – deyə prezident bildirib.


