EN

Paşinyanın mitinqinə şagirdləri aparan direktorlar işdən çıxarılıb?


Ermənistanda siyasi kampaniyalara görə bəzi direktorların işdən çıxarıldığı iddia olunur.

Yeniavaz.com Ermənistan mediasına istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan direktorların vəzifədən azad olunması ilə bağlı məlumatları təkzib edib.
O bildirib ki, söhbət bəzi direktorların yazdığı istefa ərizələrindən getsə də, həmin ərizələr hələ imzalanmayıb.
Baş nazirin sözlərinə görə, məktəblərdə müəllim və şagirdlərin siyasi proseslərdə iştirakı ilə bağlı araşdırma aparılır və yalnız qanun pozuntusu təsdiqlənərsə, müvafiq qərar veriləcək.
“Dedim ki, şagirdlərin və müəllimlərin hansı məktəblərdən olduğunu öyrənsinlər. Söhbət 4 məktəbdən gedirdi. Direktorlar ərizə yazmalı idilər, amma şərtlərin dəqiqləşdirilməsinə ehtiyac olduğu üçün ərizələr hələ imzalanmayıb”, – deyə Paşinyan bildirib.
Chosen
25
1
yeniavaz.com

2Sources