EN

BDU nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquq Klinikası tərəfindən keçirilən ilk ödənişsiz hüquqi yardım kampaniyası uğurla başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində fakültənin vəkil-müəllimləri tərəfindən vətəndaşlara əmlak, vərəsəlik, miqrasiya, əmək, torpaq, icra və cinayət hüququ sahələri üzrə ödənişsiz hüquqi yardım göstərilib. Müraciət edən şəxslərin sualları cavablandırılıb, onlara müvafiq hüquqi izah və tövsiyələr təqdim olunub.

Təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə çıxışı genişləndirmək və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına töhfə verməkdir.

BDU-nun Hüquq fakültəsi hüquqi maarifləndirmənin və əhalinin hüquqi savadlılığının artırılmasının vacibliyini nəzərə alaraq bu istiqamətdə təşəbbüslərin həyata keçirilməsinə xüsusi önəm verir və gələcəkdə bu cür hüquqi yardım kampaniyalarının silsiləli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
azertag.az

1Sources