EN

Vardanyan kimlərin ümidinə qalıb – Sudan, Burundi və…

Bakıda həbsdə olan keçmiş xunta rejiminin “dövlət naziri” Ruben Vardanyanın 2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatına namizədliyi elan edilib. Musavat.com-un verdiyi xəbərə görə, oyuncaq qurumun rəhbərliyində olmuş şəxs barəsində “siyasi məhbus” obrazı yaratmaq üçün indi də bu kampaniya başladılıb.

Ancaq onun Havel mükafatına namizədliyini irəli sürənlər insan haqları sektorunda nüfuzu olmayan, geridəqalmış şəxslərdir. Onların təmsil olunduğu ölkələrə baxanda aydın olur ki, Vardanyan kimlərin ümidinə qalıb. Onlardan biri Burundi hüquq müdafiəçisi Marguerite Barankitsedir. Digər şəxs Sudanın Nuba dağlarında yerləşən "Mərhəmət Anası" xəstəxanasının təsisçisi Tom Katinadır. Vardanyanın namizədliyini dəstəkləyənlərdən biri də Konqo Qadınlarının İnklüziv Sülh və İnkişaf Uğrunda Həmrəyliyi təşkilatının həmtəsisçisi Julien Lusengedir. Digər şəxs isə iraqlı yezidi hüquq müdafiəçisi Mirzə Dinaidir.

Göründüyü kimi, heç bir ciddi hüquq müdafiəçisindən bu təşəbbüs gəlməyib. Bu şəxslər isə öz ölkələrindəki vəziyyətlə maraqlanmalıdırlar. İstər Burundi, istər Sudan, istər Konqodan olan hüquq müdafiəçiləri. Onlar Vardanyanın Rusiyadan Qarabağa göndərilmiş bir “desant” olduğunu bilmirlər. Bu halda, Havel kimi Çexoslovakiyanın işğalına qarşı çıxan, bu səbəbdən dissident olan bir siyasi xadimin adına olan mükafata onu layiq görmək istəyirlər. Bu, tragikomik vəziyyətdir.
Çexoslovakiyanın son prezidenti və Çex respublikasının ilk prezidenti Vatslav Haveldir. Onun adına olan İnsan Haqları Mükafatı hər il Avropa Şurası Parlament Assambleyası tərəfindən Çexiya hökuməti, Vatslav Havel Kitabxanası və “Çarta 77” fondu ilə əməkdaşlıq çərçivəsində verilir.

Mükafat, insan hüquqlarının qorunmasına yönəlmiş fərdlərin və təşkilatların müstəsna işini qiymətləndirmək məqsədi ilə təsis edilib və 2013-cü ildən bəri təqdim olunur. 2022-ci ildə o vaxtlar məhkum edilmiş Rusiya müxalifətçisi Vladimir Kara-Murzaya, 2023-cü ildə həbsdə olan türk insan haqları fəalı Osman Kavala verilib. 2016-cı ildə mükafat həm də 2018-ci il Nobel Sülh Mükafatı laureatı olan yezidi hüquq müdafiəçisi Nadia Murada verilib. Mükafatın qaydalarına əsasən, qalib hər il sentyabr ayında Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının sessiyasında elan olunur.

Emil Salamoğlu
Musavat.com

Chosen
25
musavat.com

1Sources