Sabah Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.