Bakı, 18 may, AZƏRTAC
“Gəncə” voleybol komandası baş məşqçi Rafael Petri ilə əməkdaşlığını davam etdirəcək.
Bu barədə AZƏRTAC-a klubun mətbuat xidmətindən məlumat verilib.
Mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Gəncə” Rafael Petrinin rəhbərliyi altında Azərbaycan Yüksək Liqasının 2025/2026-cı illər mövsümünü bürünc medalla başa vurub.