ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) müxtəlif ölkələrdən olan nümayəndələri bir araya gətirən və qlobal problemlərin həlli yollarını müzakirə etməyə imkan verən mühüm platformadır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Avropa İttifaqının Aralıq dənizində iqlimə davamlı transformasiya üçün təbiətə əsaslanan həllərin nümayişi və ümumiləşdirilməsi təşəbbüsünün – “DesirMED” İtaliyanın Potenza vilayəti üzrə layihə meneceri Alessandro Attoliko deyib.
O qeyd edib ki, forum iştirakçılar arasında təcrübə mübadiləsinin aparılması və müxtəlif ölkələrin şəhərsalma sahəsindəki yanaşmalarının öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
“Biz burada öz təcrübəmizi paylaşmaq və digər ölkələrin təcrübəsini öyrənmək üçün iştirak edirik. Məqsədimiz fəaliyyətimizi daha da təkmilləşdirmək və təhlükəsiz, dayanıqlı dünya qurulmasına töhfə verməkdir”, – deyə Alessandro Attoliko qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.