EN

Musiqinin sehrli dünyasına səyahət: konsertdən yaddaqalan anlar

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müslüm Maqomayev adına 26 nömrəli Uşaq Musiqi Məktəbində “Musiqi Dünyasına Səyahət” adlı konsert proqramı keçirilib.

Gununsesi.info xəbər verir ki, konsert proqramı dirijor Eyyub Quliyevin rəhbərliyi altında Dövlət Kamera Orkestri və məktəbin şagirdlərinin iştirakı ilə təqdim olunub.

Tədbirdə Azərbaycan və dünya bəstəkarlarının seçilmiş əsərləri səsləndirilib. Şagirdlərin ifasında musiqinin zənginliyi, səhnə mədəniyyəti və bədii ifadəlilik tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Proqramın diqqətçəkən məqamlarından biri bəstəkar Emin Sabitoğlunun “Görüş yerimiz” mahnısının yeni orkestr aranjimanında təqdim olunması olub. Əsər dirijor Nurlana Həsənovanın rəhbərliyi ilə Dövlət Kamera Orkestri və kiçik xorun birgə ifasında təqdim edilərək yüksək emosional təsir yaradıb.

Dirijor Nurlana Həsənovanın rəhbərliyi ilə çıxış edən kiçik xor kollektivi Dövlət Kamera Orkestri ilə birlikdə harmonik və yüksək səviyyəli ifa nümayiş etdirərək konsertin bədii dəyərini daha da zənginləşdirib.

“Musiqi Dünyasına Səyahət” tədbiri gənc ifaçıların yaradıcılıq potensialını nümayiş etdirməklə yanaşı, musiqinin insanları birləşdirən universal sənət dili olduğunu bir daha təsdiqləyib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
icma.az

1Sources