EN

S&P DavrBankınCreditWatch siyahısına daxil edib

ABB Özbəkistanın DavrBankında 51%-lik nəzarət səhm paketini almağı planlaşdırdığını açıqladıqdan  sonra S&P Global Ratings bankın uzunmüddətli “B” emitent kredit reytinqini müsbət gözləntilərlə CreditWatch siyahısına daxil edib.

Agentlik DavrBankın qısamüddətli “B” reytinqi üzrə proqnozu da “müsbət” kimi müəyyən edib.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov mayın 8-də bildirib ki, sövdələşmə üzrə sənədləşmə yaxın aylarda başa çatdırılacaq və ABB 2026-cı ilin ikinci yarısından Özbəkistan bazarında ABB Davr Bank brendi ilə fəaliyyətə başlayacaq.

S&P hesab edir ki, satınalma tamamlandıqdan sonra DavrBank ABB Maliyyə Qrupunun dəstəyindən faydalanacaq.

Chosen
7
1
anews.az

2Sources