JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

“Hərəkətdə gələcək var: məktəbdə fiziki aktivliyin inkişafı” qrant layihəsinin bağlanış mərasimi keçirildi

Layihə çərçivəsində yeniyetmə şagirdlərin fiziki və psixo-sosial inkişafını dəstəkləmək, onların idmana marağını artırmaq və məktəbdaxili sağlam həyat tərzinin təşviqi məqsədilə stolüstü tennis üzrə mütəmadi təlimlərin təşkili nəzərdə tutulmuşdur. Bu məqsədlə şagirdlərin idman bacarıqlarının inkişafına şərait yaratmaq, onları aktiv yaşam tərzinə cəlb etmək və davamlı fəaliyyət üçün zəruri infrastrukturun qurulması layihənin əsas istiqamətlərini təşkil edib.

Xatırladaq ki, “Hərəkətdə gələcək var: məktəbdə fiziki aktivliyin inkişafı” qrant layihəsi Hadıyeva Qərənfil tərəfindən Xırdalan şəhər V. Musibov adına 5 nömrəli tam orta məktəbdə həyata keçirilib. Layihənin məqsədi yeniyetmə şagirdlərin fiziki və psixo sosial inkişafını dəstəkləmək, onların idmana marağını artırmaq və məktəbdaxili sağlam həyat tərzinin təşviqi məqsədilə stolüstü tennis üzrə mütəmadi təlimlərin təşkili və bu fəaliyyətin davamlı icrası üçün infrastrukturun yaradılmasından ibarətdir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX