EN

İsrail ordusu Livanın cənubunda Hizbullah ın 30 obyektini vurub

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Müdafiə Qüvvələri (SAXAL) 24 saat ərzində Livanın cənubunda şiə hərəkatı "Hizbullah"ın 30 obyektinə zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir: "Son 24 saat ərzində SAXAL "Hizbullah"ın 30 terror infrastruktur obyektinə zərbələr endirib". Hərbçilər hücuma məruz qalan hədəflər arasında "silah anbarları" və "müşahidə məntəqələri"nin olduğunu qeyd ediblər.

Bundan əlavə, mətbuat xidməti əlavə edib ki, "SAXAL Livanın cənubunda fəaliyyət göstərən əsgərlərə qarşı hücumlar həyata keçirən bir neçə "Hizbullah" terrorçusunu zərərsizləşdirib".

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
30
icma.az

10Sources