EN

İran Çin gəmisini ələ keçirməklə Pekinə mesaj göndərdi?

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində lövbər salmış Honduras bayrağı altında üzən gəminin İran qüvvələri tərəfindən ələ keçirilməsi artıq diqqətçəkən hadisə idi, lakin gəminin Çin şirkətinə məxsus olması xəbəri daha da gücləndirib.

Hafta.az yazır ki, Tehranın 28 fevralda müharibə başlayandan bəri ona ən yaxın rejimlərdən biri olan Pekini qəzəbləndirə biləcək bu addımı sürprizə səbəb olub.

Honkonqda yerləşən özəl təhlükəsizlik şirkəti Sinoguards-a məxsus “Hui Chuan” gəmisinin ələ keçirilməsi, İranın Hörmüz boğazında gəmiləri silahla qorumağa başqa heç bir aktorun icazə verməyəcəyi ilə bağlı şərhlərə səbəb olub.

“The Wall Street Journal” "İran Çin təhlükəsizlik gəmisini ələ keçirməklə yalnız dostlarına müəyyən dərəcədə üstünlük verə biləcəyini göstərir" başlıqlı məqalədə iddia edir ki, bu, ABŞ və İsrailin İrana müharibə elan etməsindən bəri özəl təhlükəsizlik şirkətinin gəmisinin ələ keçirilməsinin ilk halıdır.

Amerika qəzeti bu addımın ABŞ prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə Pekində görüşdüyü gün atıldığını qeyd edir.

Trampın Pekinə tələblərini qəbul etməsi üçün təzyiq göstərdiyi xatırladılır.

Londonda yerləşən Chatham House beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Sanam Vakil, İranın Çin ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verdiyini xatırladır.

Vakil deyir ki, İran “Hui Chuan” gəmisini ələ keçirməklə "Çinə Hörmüz boğazına kimin nəzarət etdiyini xatırladıb və onlara öz təhlükəsizliklərini təmin etmək barədə düşünməmələrini belə söyləyib".

Kanada Hərbi Kollecində dərs deyən Kristofer Spirin, İran qüvvələrinin müharibə şəraitində silahlarla yüklənmiş xarici gəmini yaxınlıqda görməkdən narahat ola biləcəyini irəli sürür.

Müdafiə üzrə ekspert Timoti Hitin sözlərinə görə, Çin bu hadisəni əsas problem kimi görmür.

Ağ Evin məlumatına görə, Tramp və Si Pekindəki görüşdə İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum almaması barədə razılığa gəliblər.

ABŞ və İsrailin hücumlarından sonra Hörmüz boğazında təsirini artıran Tehran administrasiyası boğazdan keçid üçün rüsumların yığılması ilə bağlı qanun layihəsi hazırlayır.

ran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Burucerdi 22 martda ölkəsinin Hörmüz boğazından keçən bəzi gəmilərdən 2 milyon dollar tranzit haqqı topladığını bildirib.

İranın xarici işlər naziri Abbas Arakçi də Tehranda Norveç xarici işlər nazirinin müavini Andreas Motzfeldt Kravik ilə görüşdən sonra "Hörmüz boğazından keçidlə bağlı beynəlxalq hüquqa uyğun olaraq dəyişikliklər edəcəklərini" bildirib.

Körfəz ölkələri, İsrail, ABŞ və Avropa dövlətləri İranın təklif etdiyi qanun layihəsinə mənfi reaksiya verirlər.

Chosen
29
hafta.az

1Sources