EN

Merih Demiral çempionluq mərasiminə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video

style='margin-bottom:10px;'>

Xəbər verildiyi kimi, Türkiyə millisinin futbolçusu Merih Demiralın çıxış etdiyi “Əl-Əhli” Asiya Çempionlar Liqasının qalibi olub.

QOL.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi qazandığı titulu möhtəşəm mərasimlə qeyd edib.

Bayram tədbirində diqqət çəkən məqamlardan biri Merih Demiralın meydana çıxarkən seçdiyi musiqi olub. Türkiyəli müdafiəçi səhnəyə musiqisi böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan Azərinin ifasındakı “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında daxil olub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Chosen
52
teleqraf.com

1Sources