EN

Tramp Yaxın Şərqin xəritəsini İrana istiqamətlənmiş oxlarla paylaşıb Foto

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə süni intellekt vasitəsilə hazırlanmış Yaxın Şərq xəritəsinin şəkillərini paylaşıb.

Bizimyol.info xəbər verir ki, Paylaşılan təsvirlərdə regionun xəritəsinin üzərinə ABŞ bayrağı yerləşdirilmiş və oxlar İrana doğru yönləndirilib.

Bu paylaşım siyasi və ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Müşahidəçilərin fikrincə, ABŞ liderinin bu yeni paylaşımı Vaşinqtonun İslam Respublikası ilə bağlı sərt ritorikasının davamını göstərə bilər.

Tramp paylaşımına heç bir şərh və ya izahat əlavə etməyib. Buna baxmayaraq, bir çoxları bu cür təsvirləri İrana qarşı mümkün yeni hərbi zərbələrin açıq hədəsi kimi qiymətləndirib.

Hazırda Tehrandan ABŞ Prezidentinin paylaşımına rəsmi münasibət bildirilməyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
bizimyol.info

1Sources