EN

Məşqçiyə hücum edildi, oyun yarımçıq dayandırıldı - VİDEO

Fransa çempionatında “Nant” azarkeşləri mövsümün son oyununda qalmaqallı hadisələr törədib.

"Unikal" xəbər verir ki, artıq Liqa 2-yə düşməsi dəqiqləşən komandanın azarkeşləri “Tuluza” ilə matçın 20-ci dəqiqəsində meydana daxil olub. Fanatlar meydana qara tüstülü fişənglər atıb, baş məşqçi Vahid Halilhodjiçə hücum etməyə cəhd göstəriblər.

Baş verənlərdən sonra futbolçular qorxu içində paltardəyişmə otağına yollanıb. İğtişaşlar səbəbindən görüş yarımçıq dayandırılıb və ləğv olunub. Yerli mətbuat “Nant”a texniki məğlubiyyət verilə biləcəyini yazıb.

Qeyd edək ki, 73 yaşlı Halilhodjiç üçün bu qarşılaşma məşqçilik karyerasının son oyunu olmalı idi. Bosniyalı mütəxəssis 1980-ci illərdə futbolçu kimi “Nant”ın heyətində yüzə yaxın qol vurub və klubun əfsanələrindən sayılır. Lakin onun vidası qalmaqalla yadda qalıb.

Chosen
1
3
unikal.az

4Sources