EN

Almaniya Bundesliqasında mövsümün ən yaxşı oyunçusu bilindi

Almaniya Bundeliqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Fanat.Az sözügedən çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Bayern Münhen"in cinah hücumçusu Maykl Olise bütün rəqiblərini qabaqlayıb.

24 yaşlı fransalıya fərdi mükafat mövsümün son oyununda, "Köln"ə qarşı keçirdiyi qarşılaşmadan sonra təqdim edilib.

Cari mövsüm Olise Almaniya çempionatında 32 matça çıxaraq 15 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Çempionluğu vaxtından əvvəl rəsmiləşdirən "Bayern" Almaniya Kubokunun finalında "Ştutqart"la üz-üzə gələcək. Həlledici görüş mayın 23-də baş tutacaq.

Toğrul

Chosen
29
fanat.az

1Sources