EN

"Milan" rəhbərlikdə kadr dəyişiklikləri edir

“Milan” yeni idman direktorunun axtarışını davam etdirir.

Publika.az xəbər verir ki, “Sky Italia”nın məlumatına görə, klub bu vəzifə üçün “Atalanta”dan Toni D’Amiko və “Tuluza”dan Viktor Bejaninin namizədliyini nəzərdən keçirir.

İtaliya klubu hazırda rəhbərlikdə kadr dəyişiklikləri mərhələsindən keçir. Bu proses komandanın növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmağa yaxınlaşdığı bir vaxta təsadüf edir.

“Milan” rəhbərliyi D’Amikonun “Atalanta”da gördüyü işi yüksək qiymətləndirir. Lakin bu transfer uğrunda “Roma” ilə rəqabət yarana bilər.

Chosen
45
2
publika.az

3Sources