EN

"Qadınların ehtiyaclarına uyğun şəhərlər qurmaq humanist gələcək deməkdir" -

"Qadın və qızların ehtiyaclarına cavab verən şəhərlər qurmaq daha təhlükəsiz, daha dayanıqlı və daha humanist gələcək formalaşdırmaq deməkdir".Mətbuat.az xəbər verir ki, fikirləri Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasının açılış sessiyasında deyib. Bahar Muradova qeyd edib ki, təlükəsizlik, mobillik və sosial xidmətlərə çıxış şəhərsalma çərçivələrinə sistemli şəkildə inteqrasiya olunmalıdır. İnklüziv və dayanıqlı modellərin təşviqində beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir:"İnsan mərkəzli şəhər inkişafı modeli həmrəyliyə, bərabər imkanlara və dayanıqlı tərəqqiyə əsaslanan ortaq öhdəlik tələb edir. Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini dəstəkləməyə davam etməyə hazırdır. İnanırıq ki, Dünya Şəhər Forumunun 13-cü sessiyasında aparılan müzakirələr və əldə olunan nəticələr daha inklüziv, dayanıqlı və insan yönümlü şəhərlərin inkişafına töhfə verəcək".

Gülbəniz Hüseynli /Mətbuat.az

Chosen
11
metbuat.az

1Sources