Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kuba 2036-cı ilə qədər polisentrik və balanslaşdırılmış ərazi-şəhər sistemini formalaşdırmağı qarşısına məqsəd qoyur.
Bu barədə Kubanın Azərbaycandakı səfiri Karlos Enrike Valdes de la Konsepsyon Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxış edərkən bildirib.
"Hər bir insan üçün layiqli mənzilə çıxışın təmin edilməsi reallığa çevrilməlidir. Şəhər yaşayış məskənlərinin təkmilləşdirilməsinə yönəlmiş maliyyə proqramlarının həyata keçirilməsi zamanı yaşayış mühiti sahəsində, xüsusən də inkişaf etməkdə olan dövlətlərdə müxtəlif çağırışların miqyasını və çoxşaxəliliyini dərk etmək lazımdır. Bu hüquq konstitusiyada təsbit olunub.
Bu on il ərzində biz sosial həmrəyliyi və vətəndaşların təhlükəsizliyini müdafiə etməyə davam edirik. Bununla əlaqədar olaraq, 2036-cı ilə qədər Kuba uzunmüddətli perspektiv üçün öz strateji baxışına sadiq qalır: ərazi bərabərsizliyini azaltmağa imkan verəcək, iqlim dəyişikliklərinə qarşı dayanıqlı olacaq və bərpa olunan enerji mənbələrinin tətbiqi sayəsində enerji müstəqilliyini təmin edəcək polisentrik və balanslaşdırılmış ərazi-şəhər sistemini formalaşdırmaq", - diplomat vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.