WUF13 gündəliyi çox yerində və vaxtında olan bir gündəlikdir.
APA xəbər verir ki, bunu Keniyadan olan nümayəndə WUF13 çərçivəsində keçirilən nazirlər iclasındakı çıxışında deyib.
“Keniya davamlı şəhər inkişafının irəlilədilməsi sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. Biz həmçinin qəbul edirik ki, UN-Habitat üzv dövlətlərə və submilli səviyyəli hökumətlərə dəyişən şəhər problemlərinə cavab verməkdə mühüm dəstək göstərir. Buna görə də qarşımızdakı gündəlik çox yerindədir. Çünki bu gündəlik tərəqqini qiymətləndirmək, problemləri müəyyənləşdirmək və icranın növbəti mərhələsini formalaşdırmağa kömək etmək üçün vaxtında imkan yaradır. Keniya Yeni Şəhərsalma Gündəliyinin xalq yönümlü versiyasını təqdim edən ilk ölkə olub. Yeni Şəhər Gündəliyinin icrasının tamamlanmasına cəmi 10 il qaldığını nəzərə alaraq, ümid edirəm ki, bugünkü müzakirələr praktik həll yollarına, birgə öyrənməyə və əməkdaşlığa fokuslanacaq.
Bugünkü iştirakınız fəaliyyət yönümlü siyasi bəyannamə layihəsinin formalaşdırılmasında mühüm rol oynayır və bu layihə son nəticədə BMT tərəfindən qəbul ediləcək”, - Keniya nümayəndəsi bildirib.