EN

Tarixi fakt: Çəngəl bir vaxtlar “şeytan aləti” sayılıb və qadağan edilib

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün lüks restoranlardan gündəlik süfrələrə qədər istifadə olunan çəngəl, Orta əsrlərdə Avropada uzun müddət şübhə ilə qarşılanan və hətta qadağan edilən bir əşya olub.

Sherg.az xəbər verir ki, o dövrdə dini düşüncəyə görə insanın yemək yeməsi üçün Tanrı tərəfindən verilən “təbii vasitə” əllər idi. Süfrədə metal bir alətdən istifadə etmək “ilahi nizamı pozmaq” və “təkəbbür” kimi qiymətləndirilirdi.

Çəngəlin forması isə şeytanın yaba təsvirinə bənzədildiyi üçün “şeytanla əlaqəli” bir əşya kimi damğalanmışdı. Bu səbəbdən onun istifadəsi bəzən günah və ya düz yoldan çıxma kimi qəbul edilirdi.

Avropada çəngəlin yayılması Bizansdan İtaliyaya gedən zadəgan ailələr vasitəsilə başlayıb. Lakin uzun müddət “İtalyan züppəliyi” kimi lağ mövzusu olub və yalnız zamanla gigiyena anlayışının dəyişməsi ilə geniş yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
sherg.az

1Sources