Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Unitaz təmizliyi ev işləri arasında ən çox zəhmət tələb edən sahələrdən biri hesab olunur. Bahalı kimyəvi vasitələrə alternativ olan bir neçə sadə üsulla həm büdcəyə qənaət etmək, həm də mükəmməl ağlıq əldə etmək mümkündür.Ekspertlər unitazdakı inadkar sarı ləkələri və ərp qalıqlarını təmizləmək üçün evdə olan məhsullardan istifadəni tövsiyə edir. Məsələn, apteklərdə satılan hidrogen-peroksid limon suyu ilə qarışdırıldıqda təbii ağardıcı effekti verir. Yarım stəkan peroksidə bir limonun suyunu əlavə edib unitaza tökmək və bir müddət gözləmək kifayətdir.Digər təsirli vasitə isə hər kəsin mətbəxində olan limon duzudur. İnatkar ərp ləkələrinin üzərinə limon duzu səpib nə qədər uzun müddət saxlasanız, nəticə bir o qədər təsirli olar. Bundan əlavə, kolanın tərkibindəki fosfor turşusu da ləkələrin aşınmasına kömək edir. Bir şüşə kolanı unitaza töküb ən azı bir saat gözlədikdən sonra sifonu çəkmək ləkələri aradan qaldırır.Ərəb sabunu və limon suyu qarışımı həm dezinfeksiya edir, həm də xoş ətir yaradır. Klassik üsul olan sirkə və soda ikilisi isə reaksiyaya girərək ləkələri kökündən qoparır. Bu üsulların müntəzəm tətbiqi unitazın ilk günkü kimi parlaq qalmasını təmin edir.Aytən
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.