EN

Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi

Stomatoloq, "MİA.RF" klinikalar şəbəkəsinin tibbi direktoru Maksim Labuxin xəstə diş və diş ətlərinin ürək, beyin və ümumilikdə orqanizmə ciddi mənfi təsirləri barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, o, bu barədə Gazeta.Ru-ya müsahibəsində danışıb.

Labuxinin sözlərinə görə, parodontit kimi diş əti xəstəlikləri insult, hipertoniya (yüksək qan təzyiqi) və ateroskleroza səbəb ola bilər. Buna səbəb ağız boşluğundakı bakteriyaların qana keçərək bütün bədənə yayılmasıdır.

"Ümumiyyətlə, qidaları çeynəyərkən və ya dişləri təmizləyərkən bakteriyalar orqanizmə daim daxil olur. Lakin sağlam insanın immuniteti onları tez bir zamanda zərərsizləşdirir. İllərlə iltihablı qalan diş ətlərində isə bakteriyalar tez-tez hücuma keçərək patologiyalara yol açır.

Bakteriyaların hücumuna cavab olaraq damar divarı iltihablanmağa başlayır və bütün orqanizmdə iltihab prosesi güclənir. Beləliklə, ağızdakı infeksiya damarları sıradan çıxarır və ürəkdə ciddi problemlərin yaranma riskini artırır.

Chosen
73
publika.az

1Sources