EN

600 min metrlik hekayə: Nolanın “Odissey”i indidən tarixə düşüb

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

İlk baxışdan mövzu elmi fantastikaya meyilli Nolanın yaradıcılığı üçün qəribə görünə bilər. Amma yunan mifologiyası rejissora həmişə çox maraqlı gəlib. Hətta vaxtilə “Troya”nı çəkməyi də arzulayırmış... 10 il + 10 il

Odisseya - Dünya ədəbiyyatında xüsusi yeri olan təməl əsərlərdən biridir. Onillik Troya müharibəsi bitib. Yunanlar məmnun halda evlərinə dönürlər. Lakin allahların planı başqadır. Onlar qalibləri məhv emək üçün müxtəlif tələlər fikirləşiblər. Çətin sınaqlardan keçməli olanların arasında İtaka hökmdarı Odissey də var. O, tsikloplarla, nəhəng adamyeyənlərlə, sirenlərlə, dəniz bədheybətləri ilə, ilahələrlə, sehrbazlarla, nimfalarla rastlaşacaq, nəticədə yolu daha 10 il uzanacaq. Nəhayət, gedib İtakaya çatanda isə evinə, arvadına və taxtına yenidən sahiblənmək üçün mübarizə aparmalı olacaq. Çünki onların hər üçünə göz dikənlər az deyil... Kim kimi? Nolanın əvvəlki filmlərində olduğu kimi, burada da ulduzlar sayrışırlar. Odissey rolunu rejissor Mett Deymona həvalə edib. Onun oğlu Telemakı “hörümçək-adam” Tom Holland canlandırıb. Odisseyi bir il adasında saxlayan Məğrib hökmdarı, sehrbaz Kirk rolunda Şarliz Teronu görəcəyik. Müdriklik ilahəsi və Odisseyin hamisi Afinanı Zendeya canlandırıb.

Odisseyin yolunu 20 il gözləyən sadiq xanımı Penelopa rolunu Nolan əvvəlki filmlərində də birlikdə işlədiyi gözəl aktirisa Enn Hetueyə tapşırıb. İtaka hökmdarının yoxluğundan istifadə edərək, xanımını və taxtını ələ keçirməyə çalışanlardan birini (“Odisseya”nın Yalıncığı) “vampir” Robert Pattinson ifa edir. Filmdə həmçinin Con Lequziamo, Mia Qot və bir sıra digər tanınmış aktyorlar çəkiliblər. Böyük büdcə, köhnə komanda 250 milyon dollarlıq büdcə ilə “Odissey” Nolanın karyerasındakı ən bahalı film olacaq. Filmin çəkilişləri İtaliya, Yunanıstan, Şotlandiya, İslandiya, Mərakeş və Qərbi Saharada aparılıb. Nolan bu dəfə də ənənəvi komandası ilə işləyib. Həyat yoldaşı Emma Tomas həmişəki kimi filmin prodüseridir. Operator işini Hoyte van Hoytemə (“Oppenhaymer”), musiqini Lüdviq Qoranssona (“Tenet”, “Oppenhaymer”) tapşırıb. Çəkilişlər 2025-ci ilin fevralında başlayıb və 164 gün davam edərək, avqustda bitib. Sonra uzun, mürəkkəb postpradakşn mərhələsi başlayıb. Çəkilişlərin böyük hissəsi açıq dənizdə baş tutub. Rejissor istəyirmiş ki, aktyorlar açıq dənizdə qeyri-müəyyənliyə doğru üzməyin nə demək olduğunu, tamaçılar isə dəniz səfərlərinin reallığını hiss etsinlər. Analoq rəqəmə qarşı “Odissey” dünyada 70 millimetrlik IMAX plyonkasına çəkilmiş ilk filmdir. Bu, texnoloji baxımdan sıçrayış sayılır. 65 millimetrlik IMAX kameraları laborotriyalarda mövcud olsa da, real çəkiliş meydanında sınaqdan keçirilməmişdi. Problem ondadır ki, IMAX-kameralar ağır, yöndəmsiz və səs-küylü olur. Mühəndislər Nolan üçün xüsusi olaraq 30% daha sakit işləyən 70 mm-lik IMAX kamerası yaradıblar. Hələ ki bu kamera ancaq onun sərəncamındadır. Nolan “Odissey”i çəkmək üçün 600 min metr uzunulunda lent işlədib. Bu, hətta iribüdcəli kino üçün də görünməmiş haldır. Təkcə plyonkaya 3 milyon dollar pul xərclənib.

Rejissor rəqəmsal kameraya çəkməkdən imtina edir. O, IMAX-plyonkanın köhnə pərəstişkadır. “Qara cəngavər”, “İnterstellar”, “Oppenhaymer” filmlərini də bu plyonkaya çəkib. Nolanın fikrincə, klassik plyonka ilə mühəndisliyin izdivacı ekranda miqyasın, rəngin və dərinliyin yaradılması baxımından rejissorlara unikal alət təqdim edir.

Beləliklə, film anoloq ilə rəqəmsallığın mübarizəsində birincilərin xeyrinə ciddi arqument olmalıdır. Hesab edilir ki, “Odisseya” iriformatlı ekran görünüşünün yeni standartını yaradacaq. Kinomanlar üçün “Odissey” əsl kino bayramı olmalıdır. Filmin treylərindən belə qənaətə gəlmək olur ki, Nolan bu dəfə sevdiyi ənənəvi süjet dolaşıqlığına aludə olmadan birbaşa epik üslubda hekayə danışıb. Nə alındığını iyul ayında görəcəyik. Vüsal Məmmədov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
67
2
azvision.az

3Sources