EN

Mayın 31 də nadir astroloji hadisə: Mavi Ay bürclərə nə vəd edir?

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Mayın 31-də ilin ən nadir və əhəmiyyətli astroloji hadisələrindən biri – "Mavi Ay" (Dolunay) hadisəsi  baş verəcək. Təqvim ayında ikinci dəfə reallaşan bu bütöv ay, Oxatan bürcündə formalaşaraq həyatımıza dinamik enerji, mühüm qərarlar və yeniliklər gətirəcək. Üstəlik, bu fenomen Ay Yer orbitindən ən uzaq nöqtədə yerləşəcəyi "Mikro Ay" hadisəsi ilə üst-üstə düşəcək, nəticədə göy cismi vizual olaraq adi vaxtdan bir az kiçik və sönük görünəcək. Demokrat.az xəbər verir ki, Astroloq Aleksandra , "Mavi Ay"ın bürclərə təsirini və bu günün əsas qaydalarını açıqlayıb.Bu gün nə etməli, nədən qaçmalı?Astroloq Aleksandra Svetkova qeyd edir ki, Oxatan bürcündəki bu faza üfüqləri genişləndirmək, səyahətlər, təhsil və uzun müddətdir təxirə salınan işləri həll etmək üçün ideal zamandır.Məqsədlərinizi yazınQarşıdakı iki həftə üçün konkret olaraq 1-3 mühüm istəyinizi kağıza qeyd edin.Maliyyə planlaması edin Büdcəni nəzərdən keçirmək və gəlirləri planlaşdırmaq üçün uğurlu gündür.Sağlamlığınıza diqqət edin Münaqişələrdən uzaq durun. Bədənin həssaslığı artdığı üçün sauna və ya həddindən artıq istidən qaçın, çünki bu, ürək-damar sisteminə mənfi təsir göstərə bilər.

Bürcləri nə gözləyir?Qoç: Daxili enerjinizi idman, rəqs və ya aktiv gəzintiyə yönəldin. Aktiv olarkən arzularınızı artıq reallaşmış kimi təsəvvür edin.Buğa: Uğur sizinlədir, lakin o, yalnız özünüzə inamla birləşdikdə işləyəcək. Dağınıq olmayın, aydın və dəqiq strateji planla hərəkət edin.Əkizlər: İş ön plandadır. Yorğun olsanız belə, işlərinizi yönləndirə biləcəyiniz və sizə dəstək olacaq komandanı ətrafınıza toplayın.Xərçəng: Əgər bütün dünyanın sizə qarşı olduğunu düşünürsünüzsə, deməli başqalarının gözləntiləri ilə yaşamısınız. 24 saatlıq xarici aləmdən təcrid olunub öz real istəklərinizi sorğulayın.Şir: Xərclərinizə nəzarət edin, daxili boşluğu lazımsız alış-verişlərlə doldurmağa çalışmayın. Təbiət qoynunda dincəlmək sizə yaxşı gələcək.Qız: Beyninizdə ideya çoxdur, məhz bu səbəbdən yerinizdə sayırsınız. Yanınızda sizə rahatlıq verən bir insanla dialoq quraraq haradan başlayacağınızı müəyyənləşdirin.Tərəzi: Həzz bu gün dadlı yeməklər və ev rahatlığı ilə bağlıdır. İsrafçılığa yol verməyin. Hobbinizi əlavə gəlir mənbəyinə çevirmək barədə düşünün.Əqrəb: Dəstək sizə yaxınlarınızdan gələcək. Çətinliklər barədə danışmaqdan və kömək istəməkdən çəkinməyin, bu zəiflik deyil.Oxatan: Bu bütöv ay sizin bürcünüzdə keçdiyi üçün xüsusi əhəmiyyət kəsb edir. Daxili vəziyyətinizə fokuslanın, sevinci tətilə saxlamayıb, hər gündən zövq alın.Oğlaq: Üzərinizə həddindən artıq öhdəlik götürmək riski var. Ətrafdakıların sizin hər şeyi həll etmənizə öyrəşməsinə icazə verməyin, işləri nümayəndələr arasında bölüşdürün.Dolça: Xəyallardan real dünyaya qayıtmağın vaxtıdır. Cari vəziyyəti dürüst qiymətləndirsəniz, xüsusilə iş sahəsində böyük inkişaf imkanları yaranacaq.Balıqlar: İstəklərinizin çoxluğundan çaşqınlıq yarana bilər. Prioritetləri düzgün seçin və hadisələri günlərə görə qrafikə salın, bu, fikirlərinizi nizamlayacaq.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
70
demokrat.az

1Sources