EN

Maşını başqasının adı ilə sığorta edənlərə pis xəbər AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

İyunun 21-dən etibarən icbari avtomobil sığortası sahəsində yeni qaydalar qüvvəyə minir. Bu dəyişikliklər sığorta sistemində risklərin daha dəqiq qiymətləndirilməsini nəzərdə tutur. Bonus malus mexanizmində aparılan yeniliklər sığorta haqlarının hesablanma qaydasını dəyişir. Yeni yanaşma həm fərdi sürücülərin, həm də hüquqi şəxslərin məsuliyyətini daha aydın müəyyənləşdirir. Bütün bu dəyişikliklər sığorta bazarında daha şəffaf və ədalətli sistemin formalaşdırılmasına yönəlib.Məsələ ilə bağlı sığorta eksperti İlkin Nəcəfov Demokrat.az-a bildirib ki, icbari sığorta ilə bağlı qaydalarda edilən dəyişikliklər sığortalılar üçün hər hansı üstünlük yaratmır, əksinə öhdəlikləri və məsuliyyəti artırır:"Çünki icbari avtosığorta üzrə zərərlilik səviyyəsi kifayət qədər yüksəkdir və bu səbəbdən sığorta şirkətləri bu sahədən çəkilməyə meyil göstərir. Artıq bir neçə sığorta şirkəti könüllü şəkildə bu növ üzrə lisenziyasını geri qaytarıb, çünki ayrı-ayrı nəqliyyat vasitələri üzrə zərərlilik 100, 200, hətta 300 faizə qədər yüksəlib. Bu vəziyyət sığorta bazarında ciddi risk yaradır.Yeni qaydalarla əvvəl mövcud olan boşluq aradan qaldırılıb. Belə ki, əvvəl sığorta müqaviləsi aktiv olduğu müddətdə etibarnamə vasitəsilə daha aşağı bonus malusa malik şəxsin adından istifadə edilərək daha ucuz sığorta əldə etmək mümkün idi. İndi isə sığorta haqqı həmin nəqliyyat vasitəsini ən yüksək riskli idarə edən şəxsin sığorta tarixçəsinə əsasən hesablanır. Sığorta şirkətləri də bu yanaşmanı təsdiqləyir".O bildirib ki, eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün əlavə əmsal tətbiq edilir:"Bu da sığorta haqqının artmasına səbəb olur. Minimum sığorta məbləği 250 manatdan yuxarı olacaq. Əgər 275 gün ərzində qəza baş verməzsə, bonus sistemi çərçivəsində 5 faizə qədər endirim tətbiq oluna bilər.Hüquqi şəxslər üçün də dəyişikliklər nəzərdə tutulur. Onlarda bonus malus əmsalı ümumi olaraq bir səviyyəsində saxlanılır. Əgər qəza baş verərsə, məsuliyyət birbaşa günahkar sürücünün bonus malus göstəricisinə təsir edəcək. Bu yanaşma əvvəlki sistemdə mövcud olan ədalətsizliyi aradan qaldırır, çünki artıq bir sürücünün yol verdiyi qəza bütün avtopark üzrə sığorta qiymətlərinin artmasına səbəb olmayacaq",- deyə o qeyd edib.Qısası, yeni qaydalardan sonra maşını başqasının adına sığortalatdırıb ucuz qiymətə başa gətirmək mümkün olmayacaq və sığorta pulu maşını sürən ən təhlükəli sürücünün keçmişinə görə hesablanacaq.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
demokrat.az

1Sources