EN

Avropaya gedənlərə sərt TƏLƏBLƏR

Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) bildirib ki, İtaliyanın VMS və Almaviva viza mərkəzləri artıq vasitəçilər üzərindən müraciət qəbul etmir. 

Bu qərar Özbəkistandakı keçmiş İtaliya səfirinin Rusiya vətəndaşlarına qanunsuz viza verdiyi iddiası ilə saxlanılmasından sonra verilib.

"Cebheinfo.az" xəbər verir ki, ATOR-un açıqlamasında qeyd olunub: “Artıq turist adından agentlik, kuryer, nümayəndə, notarius və ya vəkil vasitəsilə müraciət etmək mümkün deyil”.

İtaliya tərəfi yalnız bir neçə şirkət üçün və tam turpaket bronu şərti ilə akkreditasiya yolu ilə müraciət qəbulunu davam etdirir.

Hazırda tur operatorları Moskvadakı İtaliya səfirliyindən rəsmi açıqlama gözləyirlər.

“Space Travel” tur operatorunun baş direktoru və ATOR-un beynəlxalq turizm üzrə vitse-prezidenti Artur Muradyan vəziyyəti belə şərh edib: “Artıq yeganə seçim hər müraciət üçün şəxsən viza mərkəzinə getməkdir”.

Muradyan bildirib ki, etibarnamə və ya akkreditə olunmuş şirkətlər vasitəsilə müraciətlər artıq qəbul edilmir.

Onun sözlərinə görə, əvvəllər barmaq izi qeydiyyatı olan şəxslər üçün üçüncü tərəflər vasitəsilə müraciət imkanı mövcud idi. Barmaq izinin etibarlılıq müddəti isə 5 ildir və bu müddət başa çatdıqdan sonra yenilənməsi üçün konsulluğa şəxsən müraciət etmək tələb olunur.

Muradyan hesab edir ki, bu dəyişiklik ya Rusiyada çalışmış və səlahiyyətlərini aşmaqda ittiham olunan konsulla bağlı qalmaqalın nəticəsidir, ya da Avropa Birliyinin Rusiya bazarında viza prosedurlarını sərtləşdirməsinin bir hissəsidir.

O qeyd edib ki, son dövrlərdə viza alma prosesi xeyli çətinləşib: “Əvvəlcə birdəfəlik vizalarla konsulluq xidmətlərini çətin vəziyyətə saldılar, daha sonra viza mərkəzləri həddindən artıq yükləndi. Sonra isə görüş almaq üçün ciddi maneələr yarandı. İnsanlar bəzən aylarla növbə gözləyir”.

Muradyan Portuqaliya nümunəsini də göstərərək bildirib ki, həmin ölkədə ay ərzində cəmi 20 görüş yeri ayrılır.

Onun sözlərinə görə, İtaliya indiyədək viza və görüş məsələsində ən loyal ölkələrdən biri hesab olunurdu. Lakin hazırda İtaliyada viza müraciətlərinə baxılma müddəti Fransa nümunəsində olduğu kimi 50 gündən bir neçə aya qədər uzana bilər.

Bu vəziyyətin xüsusilə konsulluq nümayəndəliklərinin olmadığı bölgələrdə yaşayan şəxslər üçün daha problemli olacağı vurğulanıb.

VMS viza mərkəzi isə TASS agentliyinə açıqlamasında məsələ ilə bağlı məlumatlarının olmadığını bildirərək jurnalistlərə İtaliyanın Baş Konsulluğuna müraciət etməyi tövsiyə edib.

Chosen
4
1
cebheinfo.az

2Sources