EN

​Rusiyanın ən böyük neft zavodlarından biri yanır VİDEO

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukraynanın Ryazan vilayətinə hava zərbəsi nəticəsində Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan “Rosneft”-in Ryazan Neft Emalı Zavodunda yanğın başlayıb. 

“AzPolitika” xəbər verir ki, Rusiya rəsmi orqanları hücum nəticəsində dörd nəfərin öldüyü, 12 nəfərin yaralandığı barədə məlumat yayıb.

Rusiya tərəfi “sənaye obyekti” ilə yanaşı, iki çoxmərtəbəli yaşayış binasına ziyan dəydiyini bildirib. Rusiya İstintaq Komitəsi terrorizmlə bağlı cinayət işi açıb.

Vilayət qubernatoru Pavel Malkovun sözlərinə görə, gecə ərzində Ryazana 99 dron hücum edib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram”-da yayımladığı açıqlamaya görə, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın arxa cəbhəsinə bir sıra zərbələr endirib ki, bunlara Ryazan Neft Emalı Zavodu, raket gəmisi və mina gəmisi aiddir.

Baş Qərargah qeyd edib ki, Ryazan Neft Emalı Zavodu Rusiya Federasiyasının ən böyük neft emalı zavodlarından biridir. Onun emal gücü ildə təxminən 17 milyon ton neftdir. Zavod Rusiya qoşunlarının ehtiyaclarını ödəmək üçün istifadə olunan benzin, dizel və reaktiv yanacaq istehsal edir.

Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələri Kaspiysk bazasında kiçik raket gəmisini və mina gəmisini məhv edib.

Bundan əlavə, Mariupolda Rusiya hərbi yanacaq və sürtkü yağları anbarına zərbə endirilib.

pic.twitter.com/XML3qbmeyC

— Afa (@02042006Afa) May 15, 2026

pic.twitter.com/pJss0BPALF

— Новости (@gulnarazeynal) May 15, 2026

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
72
43
azpolitika.info

10Sources