EN

Rusiyada həbsxanalarda rekord azalma: Yüz minlərlə məhbus cəbhəyə göndərilib

Rusiyada həbsxanalardakı məhbus sayının son 25 ilin ən aşağı səviyyəsinə düşməsi Ukrayna müharibəsi ilə bağlı müzakirələri yenidən gücləndirib.

Publika.az Rusiya mediasına istinadənxəbər verir ki, rəsmi rəqəmlərə görə, 2001-ci ildə 1 milyondan çox olan məhbus sayı hazırda təxminən 282 minə enib.

Rusiya rəsmiləri bunu islahatlarla izah etsə də, bəzi mənbələr azalmada əsas faktorun müharibə olduğunu bildirir.

İddialara görə, on minlərlə məhbus azadlıq vədi ilə orduya və “Vaqner” qruplaşmasına cəlb olunaraq Ukrayna cəbhəsinə göndərilib.

Chosen
43
publika.az

1Sources