EN

İran ABŞ danışıqları yenidən dalana dirəndi: Tramp 14 maddəlik təklifi rədd etdi

Sitat.info saytına istinadən ain.az xəbər verir.

ABŞ İranın müharibənin dayandırılması ilə bağlı təqdim etdiyi 14 maddəlik təklifə cavab verib. Bildirilir ki, Vaşinqton xüsusilə nüvə məsələsində “təzyiqçi mövqeyini” davam etdirir.

Sitat.info xəbər verir ki,  bu barədə İran mətbuatı məlumat yayıb. 

“Tehran Times” qəzetinin yazdığına əsasən, ABŞ administrasiyası İranın Pakistan vasitəsilə göndərdiyi yazılı təklifə cavab verib. Məlumata görə, İranın planı iki mərhələli danışıqlara əsaslanır: birinci mərhələdə bütün cəbhələrdə döyüşlərin dayandırılması, ikinci mərhələdə isə nüvə proqramı ilə bağlı danışıqların başlanması nəzərdə tutulur.

ABŞ tərəfinin isə bu təklifi qəbul etmədiyi və nüvə məsələsində sərt mövqeyini qoruduğu qeyd olunur. İran daha əvvəl Pakistan vasitəsilə ABŞ-a yeni təklif təqdim edərək vasitəçilik üçün müraciət etmişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın danışıqlardakı təkliflərini “qəbuledilməz” adlandırmış və Vaşinqtonun yeni şərtlər irəli sürdüyünü bildirmişdi.

Aytac,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
2
sitat.info

3Sources