Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəfərov Rafiq Şirvan oğlu Füzuli rayonu, Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn edilib.
Bu barədə Qaziler.az-a “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu məlumat verib. O bildirib ki, bu gün Füzulidə 3 şəhid dəfn olunacaq.
Şəhidin vida mərasimində Füzuli Rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və şəhidin yaxınları iştirak edib.
Qeyd edək ki, R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi (Aşağı Əbdürrəhmanlı) istiqamətində itkin düşüb.
QAZİLER.AZ