EN

ABŞ Raul Kastroya qarşı ittiham aktı hazırlayır

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin, Kubanı onilliklər boyu idarə etmiş, ölkənin simvolik simalarından biri olan keçmiş dövlət başçısı Raul Kastro barəsində ittiham aktı hazırladığı iddia edilib.

"Cebheinfo.az" xəbər verir ki, “CBS News”-un ABŞ rəsmisinə istinadən yaydığı xəbərə görə, Vaşinqton 94 yaşlı Kastronu 1996-cı ildə baş vermiş təyyarə vurulması hadisəsi ilə əlaqədar mühakimə etmək üçün addım atıb.

ABŞ rəsmisi bildirib ki, hazırlanan ittiham aktı Kubadakı hakimiyyətə müxalif olan sürgün şəxslərin Floridada yaratdığı “Brothers to the Rescue” adlı qeyri-hökumət təşkilatına məxsus təyyarələrin 1996-cı ildə vurulması hadisəsi ilə bağlıdır.

Rəsmi əlavə edib ki, Raul Kastro haqqında ittiham aktı hazırlanıb və sənəd əvvəlcə böyük jüriyə təqdim olunmalıdır.

Kuba inqilabının memarlarından biri hesab olunan Raul Kastro, qardaşı Fidel Kastronun 2008-ci ildə səhhətindəki problemlər səbəbilə vəzifədən ayrılmasından sonra prezident postuna keçmiş, 2018-ci ildə isə vəzifəsini Miguel Díaz-Kanelə təhvil vermişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
cebheinfo.az

2Sources