EN

“Space FM”in direktoru da işdən çıxarıldı

Vado Korovinin “Space TV”nin rəhbəri vəzifəsindən azad olunmasından sonra telekanalda islahatlar davam edir.Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, “Space 104 FM” radiosunun direktoru Sərxan Qədimov da vəzifəsindən azad edilib. Bundan başqa, V.Korovinin sürücüsü də işdən çıxarılıb.Qeyd edək ki, S.Qədimov 2024-cü ilin avqustunda “Space” radiosunun direktoru təyin olunmuşdu.

Xatırladaq ki, Vado Korovindən sonra onun kürəkəni, telekanalın icraçı direktoru Nəriman Əbdüləliyev də işdən çıxarılıb.

Chosen
7
13
metbuat.az

10Sources