EN

BMT Suriyaya təcili ərzaq yardımlarını yarıya qədər azaldacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qahirə, 14 may, AZƏRTAC

BMT maliyyə çatışmazlığı səbəbindən Suriya üçün nəzərdə tutulan təcili ərzaq yardımlarını yarıya qədər azaldacaq və milyonlarla suriyalının faydalandığı “çörək dəstəyi” proqramını dayandıracaq.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu, qərargahı Romada yerləşən Ümumdünya Ərzaq Proqramının (WFP) yaydığı bəyanatda qeyd edilib. Bildirilib ki, təşkilatın təqdim etdiyi təcili yardımlardan yararlananların sayı 1,3 milyon nəfərdən 650 min nəfərə endiriləcək.

Bəyanatda vurğulanıb ki, vətəndaş müharibəsinin başa çatmasından sonra Suriyada nisbi sabitlik müşahidə olunsa da, hələ də 7,2 milyon insan ciddi ərzaq təhlükəsizliyi problemi ilə üzləşir.

Proqram çərçivəsində 300-dən çox çörək sexinə subsidiyalı buğda unu tədarük edilərək dəstək göstərildiyi bildirilib.

Ümumdünya Ərzaq Proqramının Suriya üzrə direktoru Marian Vard bildirib ki, yardımların azaldılması ehtiyacların azalması ilə deyil, yalnız maliyyə çatışmazlığı ilə bağlıdır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
4
azertag.az

6Sources