EN

ABŞ: Çin İran məsələsində kömək göstərmir, buna ehtiyac da yoxdur

BAKI,TurkicWorld Yusif Şərifzadə

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İran məsələsində Çinin köməyinə ehtiyac duymur və Pekindən bu istiqamətdə yardım istəmir.

TurkicWorld xəbər verir ki, Rubio NBC-yə müsahibəsində qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Hörmüz boğazı ilə bağlı “ortaq mövqe” müəyyənləşdiriblər.

Onun sözlərinə görə, hər iki tərəf İranın nüvə silahına malik olmasına qarşıdır və strateji əhəmiyyətə malik su yolunun hərbiləşdirilməsini qəbul etmir.

Rubio bildirib ki, Çin tərəfi Hörmüz boğazının hərbiləşdirilməsinə və “ödəniş sistemi”nin tətbiqinə qarşı olduğunu ifadə edib və bu mövqe ABŞ-ın mövqeyi ilə üst-üstə düşür.

Dövlət katibi həmçinin Tehrana xəbərdarlıq edərək bildirib ki, İran ABŞ daxilindəki siyasi fərqliliklərdən istifadə edərək Vaşinqtonu danışıqlarda təzyiq altına almağa çalışmamalıdır:

“Əgər iranlılar düşünürlər ki, ABŞ daxili siyasətindən istifadə edərək prezidentə pis bir razılaşma qəbul etdirəcəklər, bu baş verməyəcək.”

Chosen
29
turkic.world

1Sources