ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Niderland ABŞ-İsrail arasında İrana qarşı müharibə və Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr fonunda başlayan qaz qiymətlərinin kəskin artması səbəbindən qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaqda çətinlik çəkir. Newscenter.az TASS-a istinadən bildirir ki, bunu qaz nəqli şirkətinin rəhbəri Jeroen Zanting deyib. O bildirib ki, ölkə hakimiyyəti yanacaq anbarı hədəflərinə çatmaq üçün qarşıdakı həftələrdə müdaxilə etmək məcburiyyətində qala bilər.O, enerji təhlükəsizliyi ilə bağlı parlament brifinqi zamanı bunları deyib:"İyunun sonu və ya iyulun əvvəlində qaz anbarlarının doldurulma sürəti o qədər aşağı ola bilər ki, Niderland hədəflərinə çata bilməmək riski ilə üzləşsin. Mövcud qaydalara əsasən, qaz anbarları 1 noyabr tarixinə qədər 87% dolu olmalıdır".Zantinqə görə, qaz qiymətlərinin artması şirkətlər üçün mövcud bazar qiymətləri ilə yanacağın alınmasını və saxlanmasını daha az cəlbedici edib.Şeyda
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.