Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Rusiyada xaricdə həbs olunmuş rusları qorumaq üçün ölkə silahlı qüvvələrindən istifadəyə icazə verən qanun qəbul edilməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin ölkədə 102-ci Rusiya hərbi bazasının olması ilə bağlı narahatlığına heç bir əsas yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mənim heç bir narahatlığım yoxdur, çünki 102-ci hərbi baza Rusiya Federasiyasında qüvvədə olan qanunlardan asılı olmayaraq, Ermənistan qanunvericiliyi və səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir. Heç bir narahatlıq ola bilməz”, - Paşinyan jurnalistlərlə söhbətində Rusiyada qəbul edilən yeni qanunu şərh edərkən bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.