EN

BYD və "Lexus" "Gənclik"dəki tuneldə QƏZA EDİB - Xəsarət alanlar var

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza Həsən Əliyev küçəsində saat 14:00 radələrində qeydə alınıb.
Belə ki, BYD markalı 77-UL-354 dövlət qeydiyyat nişanlı avtomobil, "Lexus" markalı 99-TT-509 dövlət nömrə nişanlı maşın və "Hyundai" markalı 77-SH-954 qeydiyyat nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Şahanə Xankişiyeva
***14:52
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə "Gənclik" metro stansiyasının yaxınlığındakı tuneldə qeydə alınıb.
Bildirilir ki, qara rəngli "Lexus" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri ağır xəsarət alıb.
Hadisə zamanı ölən olmadığı qeyd edilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Chosen
60
onn.az

1Sources